• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıbala Abutalıbov məcburi köçkünləri təhqir edib? -AÇIQLAMA

Hacıbala Abutalıbov məcburi köçkünləri təhqir edib? -AÇIQLAMA
03.06.2014 16:47
Ötən gün bir sıra saytlarda xəbər yayıldı ki, Bakı meri Hacıbala Abutalıbov məcburi köçkünləri təhqir edib, onları öz yurd-yuvalarını qoyub gəlməkdə suçlayıb.ANS PRESS bildirir ki, azadliq.info məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən cavab ala bilmədiyindən, birbaşa Abutalıbovun özünü arayıb.Abutalıbov yayılan məlumatla bağlı sorğuya əvvəlcə “yalandır, iftiradır”, - deyə cavab verib. Sonra isə hadisənin təfərrüatını danışıb: “Yazırlar ki, mən məcburi köçkün ailələri ilə görüş keçirmişəm. Bu doğru deyil. Mən həmin əraziyə məscid tikintisi ilə əlaqədar getmişdim. Orada heç bir etiraz olmayıb. Sadəcə olaraq, 4 qadın mənə yaxınlaşıb bildirdi ki, köçürülmə ilə bağlı narazılıqları var. Bilirsiniz ki, bu məsələ mənim səlahiyyətimdə deyil, “Qaçqınkom”a aid məsələdir. Ancaq buna baxmayaraq, mən onlara kömək etməyə çalışdım və həyat yoldaşlarını ora dəvət etdim. Onların yanında da “Qaçqınkom”un sədr müavini ilə danışdım və onları qəbul etməsini xahiş etdim. Bu gün mənim nümayəndələrim də həmin ailələri qəbul edib və problemlərini həll edib. Onların məndən heç bir narazılıqları ola bilməz. Təəssüf ki, bəzi media qurumları bizim mətbuat xidmətinin açıqlamasına da məhəl qoymayaraq, belə uydurma məlumatları tirajlayıblar”.Abutalıbov daha sonra görüşdüyü həmin narazı köçkünlərdən birinin - Sevindik Məmmədov adlı şəxsin telefonunu müxbirə verib və bildirib ki, əks tərəflə də bunu dəqiqləşdirmək mümkündür.Sayt həmin şəxslə əlaqə saxlayıb. Cəbrayıl rayonundan köçkün və Qarabağ əlili olduğunu bildirən Sevindik Məmmədov deyib: “Mən Qarabağ əliliyəm, qardaşlarım da müharibə veteranıdır. Orada heç bir təhqir olmayıb. Sadəcə, bizim mənzil təminatı ilə bağlı narazılığımız var idi. Biz bu haqda Hacıbala müəllimə bildirdik. O da bizim yanımızdan “Qaçqınkom”un sədr müavini Gəray müəllimlə danışdı. Gəray müəllim məni qəbul etdi. Onun izahatı məni razı salmadı, buna görə də yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Abutalıbov da sağ olsun, əlindən gələn köməyi əsirgəmədi”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol