Sürücü taksidə qalan 44 min manatı götürüb yoxa çıxdı

Bakıda şirkət əməkdaşı internet üzərindən sifariş etdiyi taksidə 44 min manat pulunu yaddan çıxarıb.
Elxan İsrafilov üzərində külli miqdarda pulla banklardan birinə gedirmiş. O, sifariş etdiyi "Toyota” markalı taksi ilə ünvana gedib və Nəsimi rayonu ərazisində taksidən düşüb.
E.İsrafilov polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, onun sifariş etdiyi taksinin sürücüsü Seymur İsmayılzadə ad-soyadlı şəxs olub.
Məlumata görə, həmin şəxs şirkətdən icarəyə götürdüyü avtomobili elə həmin gün təhvil verib və işdən çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























