• $
  • €
  • ₽
  • ₺
  • £

Bu avtobusların Bakıya gətirilməsinə icazə verilməyəcək

Bu avtobusların Bakıya gətirilməsinə icazə verilməyəcək
21.03.2021 09:15
Bakı Nəqliyyat Agentliyi son 5 ildə paytaxta sıxılmış təbii qazla işləyən 715 nəqliyyat vasitələri gətirib.

Anews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə kampaniyası zamanı deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək: "2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir".

V.Kərimli bildirib ki, bu il Bakı şəhərinə daha 320 avtobusun gətirilməsi planlaşdırılır: "Bu avtobuslar Bakıətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək. Benzin və dizel yanacağı ilə işləyən avtobuslarla müqayisədə sıxılmış qazla işləyən avtobuslarda ətraf mühitə atılan ağır metallar arasında 30-35 faiz fərq var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir".

BNA İdarə Heyətinin sədri qeyd edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 801 milyona qalxıb: "Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub"


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol