• $
  • €
  • ₽
  • ₺
  • £

Şabran, Goranboy və Qusarda avtomobil qaçıranlar saxlanılıb

Şabran, Goranboy və Qusarda avtomobil qaçıranlar saxlanılıb
22.03.2021 23:59
Şabran Rayon Polis Şöbəsinə (RPŞ) martın 21-nə keçən gecə şəhər ərazisindən A.Kərimova məxsus "QAZ-3110” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

DİN-dən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Bundan başqa Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun "VAZ-2106” markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılıb.

Eyni zamanda Qusar RPŞ-yə martın 21-də Aşağı İmamqulukənd kəndi ərazisindən kənd sakini G.Quliyevaya məxsus "VAZ-21099” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol