Ucarda "Opel" yandı

Ucarda minik maşını yanıb.
Anews.az xəbər verirki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Cəlal Allahverdi oğlu Səlimova məxsus "Opel" markalı minik maşını hərəkətdə olarkən anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.
Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. Yanğın zamanı maşının salon hissəsi yanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























