Erməni əsgərlərin meyitləri burda saxlanılır - Video

Sosial şəbəkələrin erməni seqmentində İkinci Qarabağ müharibəsi zamanı ölən erməni əsgərlərin meyitlərinin soyuducularda saxlanıldığı haqda məlumat yayılıb.
Anews.az axar.az-a istinadla xəbər verir ki, Teleqram kanallarında Metsamor xəstəxanasının morqunun həyətində erməni əsgərlərin cəsədləri ilə dolu "Spayka" şirkətinin 5 soyuducusunun dayandığı bildirilir. Soyuducular morqda yer olmadığı üçün gətirilib.
Sosial şəbəkə istifadəçiləri bu cəsədlərin niyə hələ də ailələrinə verilməməsi barədə ehtimallarını da qeyd ediblər. Bəziləri meyitlərin tanınmaması, digərləri isə meyitlərin çox olması səbəbindən narazı qalacaq ailələrin sayını artırmamaq üçün saxlanıldığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























