• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana "Facebook"dan təhlükə - FOTO

Azərbaycana "Facebook"dan təhlükə - FOTO
03.06.2014 15:08
Son vaxtlar sosial şəbəkələrdə Suriyaya “cihad” çağırışlarının sayı artıb. İş o yerə çatıb ki, hətta çağırışlar açıq nömrələrlə reklam olunur. Bu barədə oxucular ANS PRESS-ə şikayətlərində bildirib. Bildirilib ki, “Facebook” sosial şəbəkəsində Lezgin Ağayev profili ilə qeydiyyatdan keçən şəxs, burada gəncləri döyüşlərə səsləyir.Hətta yazışmaların birində istifadəçi mobil nömrələr yazaraq, Suriyaya getmək istəyənləri həmin nömrələrlə əlaqə yaratmağa dəvət edir.“Salam əxilər. Suriyaya getmək istəyənlər zəng eləsin”, - deyə mesaj qeyd olunub.Qeyd olunan nömrələrlə əlaqə yaratmağa çalışdıq. Nömrələrdən birilə əlaqə yarada bildik. Həmin şəxs özünü Orxan kimi təqdim etdi. O, bildirdi ki, əslində bu bir təxribatdır. Onun nömrəsini tanışlarından biri yazıb. Onun Suriya ilə heç bir əlaqəsi yoxdur. “Facebook” profilindən isə xəbərsiz olduğunu əlavə etdi.Maraqlıdır ki, həmin şəxslə danışıqdan sonra, sosial şəbəkədəki həmin profil silindi. Sonradan isə telefon nömrələrinə cavab verən olmadı.Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə onlara heç bir məlumat daxil olmayıb. Rəis müavininin sözlərinə görə, hazırda Azərbaycanda ictimai əsayiş nəzarət altındadır.“Hüquq-mühafizə orqanları ictyimai əsayişi qoruyur. Azərbaycanda baş verə biləcək hər hansı bir təxribatın qarşısı alınacaq”, - deyə Ehsan Zahidov vurğulayıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol