• $
  • €
  • ₽
  • ₺
  • £

“Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir” - Makron

“Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir” - Makron
24.03.2021 19:00
Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli  ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür”. 

Anews.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı "France 5” telekanalına müsahibəsində söyləyib. 
 
Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır: "Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”. 

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib. Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda, Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib. 

Makron miqrasiya böhranının həllində də Türkiyənin əvəzsiz rolunu vurğulayıb: "Onların 3 milyona yaxın qaçqını var. Miqrasiya məsələsində Türkiyə ilə əməkdaşlıq etməliyik, əks halda müzakirələri dayandırsaq, bu üç milyon qaçqın Avropaya töküləcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol