Nazirlik özünü avtomobilin altına atan qadınla bağlı açıqlama yaydı

Abşeron rayonunda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun "Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.
Qeyd edilib ki, görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.
"O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























