• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? - AÇIQLAMA

Qarabağ qazilərinə sığorta pulu nə vaxt veriləcək? - AÇIQLAMA
25.03.2021 12:10
İkinci Qarabağ müharibəsinin qazilərinə birdəfəlik sığorta ödənişi verilsə də, 30 ilə qədər bir müddətin ötməsinə baxmayaraq, hələ də Birinci Qarabağ müharibəsi qaziləri bu ödənişi ala bilməyiblər.


Bir müddət əvvəl Dövlət Sığorta Kommersiya Şirkətindən dövlət tərəfindən sözügedən ödənişin təyin olunduğu və fevral-mart aylarında verilməsinə başlanacağı bildirilmişdi.

Artıq mart ayı bitir. Bu dəfə də Birinci Qarabağ müharibəsi qazilərinə sığorta ödənişlərinin verilməsi təxirə salındı?


"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Birinci Qarabağ Müharibəsinin qazisi Rey Kərimoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, sığorta ödənişlərinin verilməsinin təxirə düşdüyünü düşünmür:


"Ola bilsin ki, bayrama görə sığorta pulunun ödənişi ləngiyib. Mənə verilən məlumata görə, ödənişlərin verilməsinə başlanılmalıdı. Deyilənə görə, bununla bağlı Prezidentin fərmanı olmalıdır. Yəqin ki, apreldə olar”.


Qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır ki, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əliliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əliliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol