• $
  • €
  • ₽
  • ₺
  • £

Külək Şəkini dağıtdı

Külək Şəkini dağıtdı
03.06.2014 13:18
Şəkidə gecə saatlarında başlayan güclü külək və yağış bir sıra fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurduğundan gecə saatlarından şəhərin bəzi hissəsində elektrik enerjisi verilməsi dayandırılıb. Güclü külək əsasən yol kənarındakı iri gövdəli ağacları aşırıb. Şəhərin müxtəlif ərazilərində aşan ağaclar isə yaxınlıqdakı evlərin dam örtükləri, elektrik naqillərinə ziyan vurub. Həmçinin aşan ağaclar yolda avtomaşınların və sakinlərin gediş-gəlişinə də problem yaradıb. Şəhərin 4 müxtəlif yerlərində aşan ağaclar səbəbilə nəqliyyatın hərəkəti də məhdudlaşıb.Bununla yanaşı külək bəzi yaşayış evlərin dam örtüyünü də qopararaq yollara atıb. Bəzi küçələrdə iri gövdəli ağaclar aşmasa da əyilərək təhlükəli vəziyyət yaradıb. Rayon İcra Hakimiyyətinin Kommunal təsərrüfat idarəsinin rəisi İntiqam Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, şəhərin müxtəlif yerlərində ağaclar evlərin üstünə aşıb.“Ele yerlər var ki, aşmasa da, hazırda təhlükəli vəziyyət yaranıb. Səhər 07-də iş rejiminə başlamışıq. Bütün texnikalarımız cəlb olunub. Günün axırına qədər yaranmış problemlərin aradan qaldırılmasına çalışacağıq”, - deyə İntiqam Əliyev vurğulayıb.Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, gecə saatlarından başlayan güclü külək əsasən şəhərin elektrik təsərrüfatına ziyan vurub. Müxtəlif ərazilərdə 4 transformator sıradan çıxıb. Onlardan ikisi artıq təmir olunsa da, digər ikisində hələ də işlər aparılır. Ona görə də, hazırda şəhərin müxtəlif ərazilərində enerji yoxdur. Dəyən ziyanın aradan qaldırılması və yolların təmizlənməsi istiqamətində şəhər təsərrüfatı və aidiyyatı qurumlar tərəfindən işlər aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol