Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşdu

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Anews.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106” markalı minik avtomobili ilə "KamAZ” markalı yük maşını toqquşub.
Qəza zamanı 1985-ci il təvəllüdlü Cəfərov Ramiz xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (apa)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























