Ərəblərin Qaxdakı çadırları söküldü

Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.
Anews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.
Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.
Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























