Bu ölkədə sərt karantin maya qədər uzandı: Gərginlik yüksəlir

İtaliya hökuməti pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin müddətini Pasxa bayramından sonra da uzatmaq niyyətindədir.
Yenisabah.az xəbər verir ki, hökumət ölkədə epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində aprelin sonunadək heç bir regionun sarı rəngdə təsvir olunmayacağını elan edib. Bu da İtaliyada karantin qaydalarının yalnız may ayında yumşaldıla biləcəyinə işarədir.
İtaliyada koronavirusa yoluxmanın effektiv reproduksiya əmsalı bir həftə ərzində 1,16-dan 1,08-ə düşsə də, ölkənin 20 regionu yoluxma səviyyəsindən asılı olaraq işıqfor sistemində narıncı və ya qırmızı rəngdə olacaq və bu da ən yüksək məhdudiyyətlərin qüvvədə qalacağını göstərir.
Qeyd edilib ki, Pasxa bayramının qeyd ediləcəyi 3-6 aprel tarixlərində isə bütün İtaliya ərazisində qırmızı rəng rejimi tətbiq olunacaq. Bu isə ictimai həyatın maksimum məhdudlaşdırılması, qastronomiya və əksər ticarət obyektlərinin bağlı olacağı anlamına gəlir.
İtaliya Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Brusaferro mətbuata verdiyi açıqlamada tətbiq olunan məhdudiyyətlərin artıq nəticə verdiyini və yoluxma qövsünün artım tempinin azaldığını bildirib. O, eyni zamanda yeni yoluxmaların azalması ilə sabitləşmənin ilk siqnallarının da müşahidə olunduğunu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























