• $
  • €
  • ₽
  • ₺
  • £

“Həmin görüntülərin çəkilməsi və yayılması cinayətdir”

“Həmin görüntülərin çəkilməsi və yayılması cinayətdir”
29.03.2021 14:11
Sosial şəbəkələrdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim görüntüləri yayılıb. Şəxsi görüntülərin çəkilməsi və yayılması qanunla qadağan olunsa da, sözügedən görüntülər ötən gündən bəri bir çox teleqram qruplarında ayrı-ayrı şəxslər tərəfindən paylaşılaraq yayılır. 

Hüquqşünas Ələsgər Məmmədli "Qafqazinfo”ya şəxsi həyatın toxunulmazlığını hüquqi baxımdan şərh edib və bildirib ki, həmin görüntülərin çəkilməsi və yayılması cinayət əməlidir:

"İnsanların şəxsi həyatına müdaxilə olunması çox iyrənc haldır. Azərbaycan Konstitusiyasının 32-ci maddəsi açıq şəkildə şəxsi həyatı qoruyur və bununla bağlı dövlətin öhdəliklərini sadalayır. Ayrıca, Cinayət Məcəlləsinin 149-cu maddəsi şəxsi həyata qanunsuz müdaxilə, şəxsi həyata dair videoların çəkilməsi və yayılmasını cinayət əməli hesab edir. Buna görə 2 ilə qədər həbs cəzası müəyyən olunub. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən və ya başqa vasitələrdən istifadə edən varsa, ağırlaşdırıcı hal kimi müəyyən olunur. İstənilən şəxsin qarşısına belə video çıxsa və yaxud da kimsə bu tip müdaxilə etsə, onu heç bir halda yaymağa cəhd etməməlidir. Nəticə etibarilə, çəkənin məsuliyyəti ilə yayanın da məsuliyyəti eynidir. Bu baxımdan şəxsi həyata hörmət etmək lazımdır”. 

Ə. Məmmədli əlavə edib ki, şəxsi həyat aspektindən hökumət dərhal bu tip məsələləri araşdırmalı, kimin etdiyini ortaya çıxarmalı və məsuliyyətə cəlb etməlidir. 

"Qafqazinfo” məsələ ilə bağlı araşdırma aparılıb-aparılmadığını öyrənmək üçün DİN-lə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı nazirliyə heç bir müraciət daxil olmayıb. 

Xatırladaq ki, yayılmış görüntülərlə bağlı ötən gün Cəmil Həsənli şəxsi feysbuk hesabında paylaşım edərək bildirib ki, qızının 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər: "Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol