• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib - SƏRƏNCAM

Naxçıvanda aqrar sektora dair Dövlət Proqramı təsdiqlənib - SƏRƏNCAM
29.03.2021 14:23
Bu gün Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov "2021-2025-ci illərdə Muxtar Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncamda, MR-nın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirməsi və icrası ilə bağlı ildə bir dəfə Ali Məclisə məlumat vermələri tapşırılır.

Dövlət proqramının girişində qeyd edilir ki, Naxçıvan MR-da kənd təsərrüfatının inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Qəbul olunmuş dövlət proqramları aqrar sahədə məhsul istehsalının həcmini artırıb, əkin sahələri genişlənib, torpaq mülkiyyətçiləri, fermerlər və ailə təsərrüfatçıları formalaşmış, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunub. Kənd təsərrüfatında məhsul istehsalının artması emal sənayesinin inkişafına da təkan vermiş, ixrac potensialı formalaşıb.

Yeni dövlət proqramı ötən dövrdə bu sahədə əldə edilmiş müsbət nəticələrin davamlılığını təmin edəcək.

Proqramda göstərilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq, kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq və muxtar respublikada özünüməşğulluğu təmin etmək qarşıya qoyulan əsas məqsədlərdir.

Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

kənd təsərrüfatının dayanıqlı inkişafınının təmin olunması;

istehsal olunan məhsulların ixrac potensialının artırılması;

kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması.


Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər dövlət büdcəsinin vəsaitləri, o cümlədən qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol