• $
  • €
  • ₽
  • ₺
  • £

"Lirə dəyər itirməkdə davam edərsə, Azərbaycanda türk malları ucuzlaşacaq"

"Lirə dəyər itirməkdə davam edərsə, Azərbaycanda türk malları ucuzlaşacaq"
30.03.2021 12:36
"Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Milli valyutası ABŞ puluna nisbətən mart ayına 7.3 məzənnəsi ilə başlayan Türkiyədə hazırda 1 dollar almaq üçün 8.26 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirə yalnız son bir ayda 13 faiz ucuzlaşıb. Bu arada qardaş ölkədə infilyasiya səviyyəsi 15.6 faiz yüksəlib. Lirənin uculaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir".

Anews.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov Türkiyə lirəsinin ucuzlaşmasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bütün bunlara rəğmən, son illər lirənin ucuzlaşması fonunda son illər Türkiyənin ümumi ixracatının artması qeydə alınıb:
"Ötən il Türkiyə ixracatı 169.5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18.8 faiz artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib.

Lirənin ucuzlaşması Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etməsə də güman olunur ki, bu qonşu ölkədən idxalı artıra bilər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi.
 
Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır.

Bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir. Bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və qardaş ölkədə istehsal xərcləri milli valyutada kəskin artmazsa o zaman Azərbaycanda da Türk malları ucuzlaşa bilər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol