• $
  • €
  • ₽
  • ₺
  • £

“AstraZeneca” peyvəndinin adı dəyişdirildi

“AstraZeneca” peyvəndinin adı dəyişdirildi
30.03.2021 14:12
İngiltərə-İsveç əczaçılıq şirkəti "AstraZeneca” koronavirus peyvəndinin adını "Vaxzevria” olaraq dəyişdirib.

Bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.

İsveç Sağlamlıq Məhsulları Agentliyinin verdiyi məlumata görə, dərmanın adının dəyişdirilməsi tərkibindəki hər hansı bir dəyişikliyə səbəb olmayacaq, ancaq peyvənd mütəxəssislərinin məhsul məlumatları, etiketləri və qablaşdırmalarında fərqi görəcəyi üçün bu barədə məlumatlandırılması vacibdir.

Qeyd edək ki, bu ilin əvvəlində Avropada və dünyanın bir çox ölkəsində peyvənd vurulan xəstələrdə qan laxtalanması ilə bağlı xəbərlərdən sonra "AstraZeneca” peyvəndinin istifadəsi dayandırılmışdı. Bununla belə peyvəndin qan laxtalanmasına səbəb olması tibbi cəhətdən sübut olunmayıb. 

Daha sonra EMA "AstraZeneca” peyvəndinin təhlükəsiz və təsirli olduğunu açıqlayıb. İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi də dərmanın istifadəsinin dayandırılması üçün heç bir səbəb görmədiyini bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol