Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

Tərtər rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini olan bir nəfər mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri - Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar.
Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib