• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirdən “Ərzaq balansının tərtib olunması Qaydası” haqqında QƏRAR

Baş nazirdən  “Ərzaq balansının tərtib olunması Qaydası” haqqında QƏRAR
01.04.2021 10:55
Nazirlər Kabineti "Ərzaq balansının tərtib olunması Qaydası” təsdiq edib.

Anews.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin qərarla "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Ərzaq balansının tərkibinə daxil olan məhsullar

Ərzaq balansının hesabat ili üçün göstəriciləri aşağıdakı məhsul növləri üzrə tərtib olunur:

Buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, yarmalar, makaron məmulatları, kartof, soğan, sair tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, pendir, yumurta, balıq və balıq məhsulları, bitki yağları, marqarin, kərə yağı, meyvə və tərəvəz konservləri, şəkər, qənnadı məmulatları, çay, duz.

İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:

Buğda, sair dənlilər, un, kartof, soğan, meyvə və giləmeyvələr, ət və ət məhsulları, quş əti və məhsulları, süd və süd məhsulları, yumurta.

Qərarla ərzaq balansının tərtib olunması qaydası yeni tələblərə uyğunlaşdırılıb və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol