• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL qiymətləri aşağı salacaq? - Deputat Müşahidə Şurasının işindən DANIŞDI

AZAL qiymətləri aşağı salacaq? - Deputat Müşahidə Şurasının işindən DANIŞDI
01.04.2021 11:10
"Bütövlükdə iri dövlət müəssisələrində müşahidə şuralarının yaradılması və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi müsbət məqamdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V.Bayramov deyib ki, Müşahidə şuraları həmin dövlət şirkətlərində ümumi nəzarəti həyata keçirəcək:

"Həm də bu şirkətlərdə, o cümlədən, "Azərbaycan Hava Yolları”nda (AZAL) növbəti 6 ay ərzində praktik olaraq bütün istiqamətlər üzrə xarici şirkətlər cəlb edilməklə, diaqnostik qiymətləndirmələr və təhlillər aparılacaq. Eyni zamanda, növbəti iki ay ərzində yeni əsasnamə layihəsi hazırlanacaq. Bu isə ondan xəbər verir ki, AZAL da daxil olmaqla, Müşahidə şuraları yaradılmış səhmdar cəmiyyətlərdə yeni mərhələ başlayır. Bu mərhələ həmin şirkətlərin fəaliyyətlərindəki səmərəliliyi artırmaq, daha şəffaf, daha qənaətcil, fiskal idarəetmə siyasəti həyata keçirmək məqsədi daşıyır.

 "Azərbaycan Hava Yolları”nın inkişafı turizmin inkişafı baxımından vacibdir. Uzun müddətdir müzakirə edilən məsələlərdən biri də Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin yüksək, o cümlədən, büdcə reyslərinin sayının az olmasıdır. Ən böyük gözləntilər də odur ki, Müşahidə şuraları yaradıldıqdan sonra, postpandemiya dövründə biz həm "Azərbaycan Hava Yolları”nın təklif etdiyi xidmətlərin, həm də biletlərin qiymətlərinin optimallaşdırılmasını görəcəyik. Bu, turizmin inkişafı baxımından da çox vacibdir”.

Deputat qeyd edib ki, turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır:

"Ölkəyə gələn turistlərin çoxu təyyarə biletləri xərclərini nəzərə almaqla öz səfərlərini planlaşdırırlar.

Bu baxımdan birmənalı şəkildə müşahidə şuralarının formalaşması, AZAL daxil olmaqla, dövlət şirkətlərinin, səhmdar cəmiyyətlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verəcək. Ölkədə həyata keçirilən iqtisadi islahatların əsas elementlərindən biri də məhz iri dövlət şirkətlərinin idarəetməsinin yenilənməsi, korporativ idarəetmədən istifadə olunması, bütövlükdə idarəetmədə səmərəliliyin artırılmasıdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol