Dərslər distant olsun, əyani? - Təshil Nazirliyi sorğunun nəticələrini AÇIQLADI

Təhsil Nazirliyi pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin hansı formada təşkilinə dair apardığı sorğunu yekunlaşdırıb.
Anews.az xəbər verir ki, nazirlik bu gün sorğuniun nəticələrini ictimaiyyətə açıqlayıb.
Sorğuda iştirak edənlərin çoxu tədrisin distant formaya keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Sosial şəbəkədə onlayn qaydada keçirilən sorğuya ümumilikdə 50 612 rəy gəlib.
Sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin hazırkı qaydada davam etdirilməsini istəyib.
Respondentlərin 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını dəstəkləyib.
İştirakçıların 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
İştirakçıların 11.3 faizi isə sorğudakı "Digər" bəndini seçib.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib