Özəl kurslar fəaliyyətini dayandırırmı? - RƏSMİ

Özəl kurslar fəaliyyətini davam etdirəcək, bunu anews.az-a açıqlamasında təhsil nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
"Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Lakin bu şəhər və rayonlarda fəaliyyət göstərən özəl kurslara aid olmuyacaq.Özəl kurslar fəaliyyətini əyani formada davam etdirəcək"-deyə o bildirib.
Qeyd edək ki, təhsil nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada fəaliyyətinin dayandırılmasına qərar verib. Həmin şəhər və rayonlarda təhsil distans formada davam etdiriləcək.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























