• $
  • €
  • ₽
  • ₺
  • £

ANAMA əməkdaşı: "İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb

ANAMA əməkdaşı: "İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb
02.04.2021 09:52
"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi "İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarkanıb".

Bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib.

O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib:

"Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı "9M723” raketi - hansı ki, onun kod adının "İsgəndər” olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:

"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol