Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldı

Bərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.
Bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladı ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.
"Uşaqlar əvvəlcə "Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























