• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyi “Baykar” şirkəti ilə əməkdaşlığı gücləndirir

Dövlət Agentliyi “Baykar” şirkəti ilə əməkdaşlığı gücləndirir
02.04.2021 13:01
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

Görüş zamanı "Baykar” şirkətinin və "Türkiyə Texnoloji Takımı”nın (T3) "Deneyap” proqramının Azərbaycanda icra olunması istiqamətində danışıqlar aparılıb.
 
"Deneyap” proqramı uşaq və gənclər üçün 2 illik təlim və 1 il ərzində layihə hazırlanmasından ibarət texnoloji təhsil proqramıdır. Proqramın məqsədi texnologiyaların inkişafı üçün gənclərin tədqiqat və bacarıqlarının artırılmasıdır.

Müvafiq əməkdaşlıq çərçivəsində Dövlət Agentliyi ilə "Baykar” şirkəti, həmçinin "Türkiyə Texnoloji Takımı” (T3) arasında innovasiya və texnoloji təhsil sahəsində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Baykar” şirkəti ilə Dövlət Agentliyi arasında əməkdaşlıq 2020-ci ilin 4-6 dekabr tarixində Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi” tərəfindən təşkil olunmuş "Qlobal Müdafiə Texnologiyaları Hakatonu” çərçivəsində qurulub. "Baykar” şirkətinin rəhbəri və " Türkiyə Texnoloji Takımı”nın (T3) həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar Hakatonun rəsmi açılış mərasiminda iştirak edib, eyni zamanda, jüri üzvü olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol