• $
  • €
  • ₽
  • ₺
  • £

“Paşa Holdinq”ə məxsus bank deputatı və qardaşını məhkəməyə verdi - SƏBƏB

“Paşa Holdinq”ə məxsus bank deputatı və qardaşını məhkəməyə verdi - SƏBƏB
02.04.2021 14:08
Azərbaycanın ən böyük bankı hesab olunan "Kapital Bank” 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədova qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iclasının bu gün - 02.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilməsi nəzərdə tutulub.

Məhkəmə iddiasının bor müqaviləsi üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 245,8 milyon manat olan "Kapital Bank” ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq”ə məxsusdur.

Onu da qeyd edək ki, "Kapital Bank” ASC millət vəkili İqbal Məmmədovdan başqa Məmmədov Nəriman Qədir oğlunu (deputatın atası), Məmmədov Çingiz Nəriman oğlunu (deputation qardaşı) və "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı da məhkəmə iddiası qaldırıb.

"Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə 1996-cı ildə İqbal Məmmədov tərəfindən təsis olunub. Hazırda "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin dövlət büdcəsinə də böyük həcmdə - 9 milyon 262 min 108 manat vergi borcu var.

İqbal Məmmədovun rəhbərlik etdiyi daha bir şirkət -  "Azqazservis" MMC isə bu yaxınlarda ləğv olunduğunu elan edib.

"Azqazservis” MMC təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilib. MMC təsis olunduqdan cəmi bir ay sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə  müqavilə imzalayıb. İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

Onu da bildirək ki, 2019-cu ilin avqust ayında millət vəkili İqbal Məmmədova məxsus Lerik rayonunda fəaliyyət göpstərən "Relax” istirahət mərkəzində vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçiləri "Relax”ın işçiləri tərəfindən döyülüb.

Həmçinin qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol