• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis bu qanunlarda dəyişiklik etdi

Milli Məclis bu qanunlarda dəyişiklik etdi
02.04.2021 15:36
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektroenergetika haqqında”, "Qaz təchizatı haqqında”, "Su təchizatı və tullantı sualları haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.


Dəyişiklik elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı aşkar edilmiş qanunsuz istifadə hallarının rəsmiləşdirilməsində yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur.


Təklif edilən dəyişikliklər aşağıdakıları nəzərdə tutur:


1) enerji, su və qaz təchizat müəssisələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının araşdırılması ilə bağlı yoxlamaların keçirilməsinə hüquqi əsasın yaradılması (sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı dövrdə). Bu məqsədlə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq dəyişiklik (yoxlamaların dayandırılmasından istisna) təklif olunur;


2) sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı yoxlamaların (sayğacların göstəricilərinin oxunması) keçirilməsinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin şamil edilməsi (3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci maddələr istisna olmaqla).


3) sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı əgər sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma halları müəyyən edilərsə müvafiq yoxlama tədbirlərinin də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirilməsi, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınması.


Yoxlamalara adıçəkilən qanunun tətbiqi sahibkarların maraqlarının daha effektiv qorunmasına, yoxlayıcı ilə sahibkarlıq subyekti arasında yarana biləcək neqativ halların aradan qaldırılmasına xidmət edəcək.


Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol