• $
  • €
  • ₽
  • ₺
  • £

DSX: Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıb

DSX: Dövlət sərhədini pozaraq ərazidən qaçmağa çalışan şəxslər saxlanılıb
05.04.2021 18:00
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Aprelin 3-də, saat 22:45 radələrində "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxslərin İran vətəndaşı, 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı, Xızı rayon sakini, 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram "heroin”ə və 1900 qram "marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol