Ölən 40 nəfər məcburi köçkünə aylıq müavinət ödənişi edildiyi üzə çıxıb

Azərbaycanda 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişi edildiyi aşkarlanıb.
Bu barədə "Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Sənəddə qeyd edilib ki, Hesablama Palatası tərəfindən əraziləri işğal edilmiş rayonların icra hakimiyyətləri tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunmuş adlı siyahılarda göstərilmiş müavinətin aylıq məbləği ilə onların plastik kart hesablarına köçürülmüş aylıq məbləğləri arasında fərqlərin mövcud olması, ümumilikdə 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişinin dayandırılmadığı aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























