• $
  • €
  • ₽
  • ₺
  • £

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
05.04.2021 13:32
Aprelin 6-da gözlənilən hava şəraiti və xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Aprelin 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-3 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 6-da Abşeron yarımadasında qısa müddətə güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Aprelin 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 6-da Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol