Müharibə vaxtı maşınlarımıza dəymiş ziyan ödənmir - ŞİKAYƏT

İkinci Qarabağ savaşı zamanı şəxsi texnikası ilə könüllü cəbhəyə yollanan bir qrup Cəlilabad rayon sakinləri maşınlarına dəyən ziyanın Dövlət tərəfindən hələ də ödənilməməsindən şikayət edir. Bu barədə anews.az-a Cəlilabad rayon sakini, İkinci Vətən Müharibəsi iştirakçısı Elman Məmmədov deyib.
"Evimdə 15 yaşında serebral iflic xəstəsi olan övladım var. Müharibəyə getdiyimiz dövr karantin dövrünün ən sərt zamanı idi. Bu dövrdə nə icra hakimiyyətindən, nə digər bir yerdən ailəmizə maddi dəstək olmayıb. Evdə məndən başqa işləyən adam da yoxdur. Mən vətənim üçün canımdan keçməyə hazıram, ona görə də könüllü cəbhəyə yollanmışam, qarşılığında isə heç kim mənə yardımçı olmaq istəmir” – deyə şikayətçi vurğulayır.





www.anews.az
"Cəlilabad rayonundan 12 nəfər könüllü öz maşınlarımızla müharibədə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik və cəbhəyə yollandıq. Döyüş zamanı silah-sursat daşıdıq. Bizə öncədən bildirdilər ki, maşınlarımıza dəyən ziyan ödəniləcək. Bunun üçün lazım olan sənədləri Müdafiə Nazirliyinə göndərsək də, bizə hələ də gözləyin cavabı verirlər. Cəlilabad rayon icra hakimiyyətinə bir neçə dəfə bizə yardım edilməsi ilə bağlı müraciətlərimizə də gözləyin cavabını almışıq. Bir sözlə durumumuz çox pisdir. Çörək pulumuz bu maşınlardan çıxırdı. İndi demək olar ki, sürünürük. Bilmirik ki, dərdimizi kimə deyək. İndiki durumda 12 nəfərin maşınına dəymiş ziyan çəkən şəxslərin 9 nəfəri aiddiyatı üzrə müraciət edib və gözləmə prosesindədirlər. Lakin biz 3 nəfər durumdan narazıyıq və istəyirik ki, aiddiyatı qurumlar maşınlarımıza dəymiş ziyanı ödəsin, biz də ailəmiz üçün çörək pulu qazanaq", - deyə Məmmədov bildirir.
Elman Məmmədov onu da söylədi ki, cəbhədə olduğu dövrdə ailəsi ilə heç kim maraqlanmayıb.
Etibarlı mənbədən aldığımız məlumata görə, hazırda müharibə zamanı şəxsi texnikalara dəymiş ziyanın qaytarılması üçün araşdırma aparılır.
Hərbi prokrorluq hazırda 117 maşına dəymiş ziyanın dəyərini və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır. Araşdırmanın sonunda dövlət tərəfindən vətəndaşların əmlakına dəymiş bütün ziyan ödəniləcək. Nə vaxt ödəniləcəyi isə araşdırmanın bitəcəyi vaxtdan asılıdır.
Bir sözlə vətəndaşlara səbr etmək tövsiyyə olunur. Bəs maşını ilə evinə çörək pulu qazanan vətəndaşlar Hərbu Prokurorluğun apardığı araşdırmanın sonuna kimi ailəsini necə dolandırsın sualına isə təəssüf k,i aidiyyatlı orqanlardan cavab ala bilmədik.






Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























