DİN-dən AXCP üzvünün saxlanılması ilə bağlı açıqlama

Vətəndaş Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şərlənərək saxlanılması ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən iddialar yayılır.
DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib:
"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.
Qeyd edək ki, L.Vəliyev AXCP üzvüdür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























