TƏBİB-dən AÇIQLAMA

Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə "Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir.
Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır.
TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























