• $
  • €
  • ₽
  • ₺
  • £

Misir Mərdanova yeni vəzifə verildi

Misir Mərdanova yeni vəzifə verildi
05.04.2021 16:08
AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının onlayn iclasında AMEA Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.

Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cə­miy­yətinin vitse-pre­zi­­denti, Türk dün­yası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dün­yası Ri­ya­ziy­­yat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Bey­nəl­xalq Elmlər Aka­­­demiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elm­­­lər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xa­ri­ci olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən "Azerbaijan journal of Mathematics” və "TWMS Journal of Pure and Applied Mat­he­ma­tics”jurnallarının redaksiya he­yə­tinin üzvü, "Ri­­yaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş re­dak­to­rudur: "Misir Mərdanov 2006-cı ildə "Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.

Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol