• $
  • €
  • ₽
  • ₺
  • £

Qətər şirkəti Ukraynada qaz hasil edəcək

Qətər şirkəti Ukraynada qaz hasil edəcək
06.04.2021 23:30
Ukraynanın Energetika Nazirliyi Qətərin "Qatar Petroleum” dövlət şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

"Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər Ukraynada qaz kəşfiyyatı və hasilatı sahəsində birlikdə işləmək niyyətindədirlər.

Ukrayna prezidenti Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Qətərdə işgüzar səfərdədir və ölkələr arasında bir sıra müqavilələr imzalanıb. Dövlətlər xüsusən Ukraynada qaz kəşfiyyatı və hasilatı, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün Qətərdən investisiyaların cəlb edilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Ukraynanın energetika naziri vəzifəsini icra edəm Yuriy Vitrenkonun sözlərinə görə, Qətər Ukraynada qaz kəşfiyyatı və hasilatına yatırımlar üçün dəyərli təcrübəyə və əhəmiyyətli maliyyə mənbələrinə malikdir: "Öz qaz hasilatının artırılması, qaz tədarükünün mənbələrinin şaxələndirilməsi Ukraynadakı qaz istehlakçılarının maraqlarına cavab verir, həmçinin davamlı iqtisadi inkişafa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edəcək”.

Qeyd edilir ki, memorandum üç il müddətində qüvvədə olacaq və avtomatik olaraq eyni müddətə uzadıla biləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol