• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST Azərbaycana bu sahədə dəstək göstərəcək

ÜST Azərbaycana bu sahədə dəstək göstərəcək
06.04.2021 14:33
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda köməkçi texnologiyalar (KT) sektorunun (təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) gücləndirilməsi ilə bağlı maraqlı tərəflərin rəhbər işçiləri üçün onlayn toplantı keçirilib.

ÜST-nin Azərbaycan nümayəndəliyindən Anews.az-a daxil olan məlumatda bildirilir ki, görüşdə nazirliklərin, dövlət komitələrinin rəhbər işçiləri, parlament komitələrinin sədrləri, universitet və akademiyaların rektor-professor heyəti, beynəlxalq təşkilatların, səfirliklərin və QHT-lərin nümayəndələri olmaqla ümumilikdə 45 qurum təmsil olunub. 

Tədbirdə bildirilib ki, ÜST-nin hesablamalarına əsasən, bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1-nin ehtiyac duyduğu KT-dən istifadə etmək imkanı var. KT-yə əlçatanlıq bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanlar yaşlılar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir.

İlk mərhələdə ÜST-nin r-ATA ("Rapid-Assistive Technologies Assessment”, "Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi”) metodologiyasından istifadə edərək yerli KT ehtiyaclarının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu qiymətləndirmənin nəticələri Azərbaycanda KT sahəsində ödənilməyən ehtiyaclar və bu yolda olan əngəlləri müəyyənləşdirməyə kömək edəcək. Araşdırmanın əsas elementlərindən biri ÜST-nin "Qlobal KT İstifadə Proqramı” (GATE Təşəbbüsü) çərçivəsində ölkə üçün prioritet köməkçi vasitələrin siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək vermək, nazirliyin gələcək siyasətinin sübuta yetirilmiş ehtiyaclar və prioritetlər üzərində qurulmasına dəstək göstərməkdir. Araşdırmanın nəticələri üzərində qurulan siyasət ilə uzunmüddətli perspektivdə ölkənin ÜST-nin Universal Tibbi Təminat proqramının hədəflərinə çatmasına və BMT-nin Əlilliyi olan Şəxslər üçün Hüquqlar Konvensiyasının öhdəliklərini yerinə yetirməsinə nail olmağa yardım göstərəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol