• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət etdilər

Azərbaycan jurnalistləri Rusiya səfirliyinə müraciət etdilər
07.04.2021 09:29
Bir qrup jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Müraciətdə deyilir:

Şuşa şəhərində Rusiyaya məxsus "İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə "İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz "İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan "İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda "İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib:
 
"Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada "İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur.

Şuşada məhz "İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə "İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcəkdir.

1.Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri
2.Əflatun Amaşov - Mətbuat Şurasının sədri
3. Rəşad Məcid - "525-ci qəzet”in baş redaktoru
4. Eynulla Fətullayev – Haqqın.az saytının baş redaktoru
5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru
6. Orxan Fikrətoğlu – müstəqil jurnalist
7. Elçin Mirzəbəyli - "Xalq cəbhəsi” qəzetinin baş redaktoru
8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri
9. Həmid Həmidov - bloger
10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini
11. Mübariz Əsgərov – müstəqil jurnalist
12. Şakir Eminbəyli – "Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi
13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki
14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı
15. Emin Musəvi – ASAN radionun rəhbəri
16. Rauf Arifoğlu - "Yeni Müsavat” qəzetinin baş redaktoru
17. Elçin Şıxlı - "Ayna-Zerkalo” qəzetinin baş redaktoru
18. Azər Qərib - bloger
19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı
20. Əli Hacızadə - bloger
21. Vyacheslav Sapunov - bloger
22. Ədalət Verdiyev – bloger
23. Tofiqəxanım Qasımova (Nurani) - "Minval.az” saytının siyasi icmalçısı
24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru
25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru
26. Şakir Ağayev - "Novaya Vremya” qəzetinin baş redaktoru

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol