• $
  • €
  • ₽
  • ₺
  • £

“Əlil Qadınlar Cəmiyyəti” sədrinin 1 milyon pulunu mənimsədilər

“Əlil Qadınlar Cəmiyyəti” sədrinin 1 milyon pulunu mənimsədilər
07.04.2021 11:59
Azərbaycanda "Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın təxminən 1 milyon manat pulunu ələ keçiriblər.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.Rəhimova ötən ilin dekabrında bununla bağlı Baş Prokurorluğa müraciət edib.

Məhluqə Rəhimova qeyd edib ki, 2010-2011-ci illərdə Bakı sakini – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci onu aldadaraq 340 min dollar və 181 500 manat pulunu ələ keçirib. Həmçinin, paytaxt sakini 1957-ci il təvəllüdlü Ramis Mövlüd oğlu Nadirov ondan 310 500 manat alaraq mənimsəyib.

İş materialları bir neçə gün öncə araşdırılması üçün Nizami RPİ-yə göndərilib.

Məhluqə Rəhimova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ əlillər cəmiyyəti ilə bağlı deyil, şəxsi məsələsidir: "Bizim həmin vaxt müəyyən proqramlarımız olurdu, onlar da özlərini yüksək vəzifəli şəxs kimi tanıdaraq bizə dəstək olacaqlarını demişdilər. Əslində heç yerdə işləmirmişlər. Dələduzdular, təkcə məni yox, başqa adamları da aldadıblar.

Müraciət etmişəm, "Banditizm"in (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi - red.) rəisi, general Əbülfət Rzayevlə də görüşdüm, dedi kömək edəcəyik. Onları tutacaqlar, pul aldıqlarını etiraf etdikləri əl yazıları da var.

Onlar illərdi qaçıb gizlənmişdilər, İslam Rusiyaya getmişdi, Ramiz Gürcüstana qaçmışdı. Çoxdandı onları axtarırdılar, indi daha onlara "Stop” qoyulub, qaça bilməyəcəklər”.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol