• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə qadının oğurlanan çantasından narkotik çıxdı

İmişlidə qadının oğurlanan çantasından narkotik çıxdı
07.04.2021 19:00
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb.

Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.

Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri - Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanan narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol