BNA avtobus sürücülərinin etirazına münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər avvəl "BMH” MMC ilə əməkdaşlıq edən avtobus sürücülərinin, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibət bildirib.
Qurum bununla bağlı "Report"un sorğusuna cavab olaraq bəyan edib ki, sözügedən şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Agentliyə müraciət edib.
"Onların müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.
"BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib. Bu məsələdən çıxış edərək bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini qeyd etmək istərdik. Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























