Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe sahibi cərimələnib

Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe sahibi cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























