Muxtarlı: Prokurorluğa ümid etmirəm, mənim oğurlanmağımda Gürcüstan tərəfi də iştirak edib

2017-ci ilin mayında Tbilisidə oğurlanan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan prokurorluğuna ümid etmədiyini deyir, belə ki, jurnalistin sözlərinə görə, onun oğurlanmasında Gürcüstan tərəfin də əli var.
Bu barədə bu gün siyasi sığınacaq aldığı Almaniyadan Tbilisyə gələn Muxtarlı bildirib, xəbəri apsny.ge yayıb.
Muxtarlı Tbilisidə keçirilən mətbuat konfransında qeyd edib ki, bu gün prokurorluğa gedəcək və xüsusən necə oğurlandığı və Gürcüstandan necə çıxarıldığı barədə ifadə verəcək.
"Mənim oğurlanmağımda Azərbaycan tərəfi və Gürcüstan tərəfdən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, sərhəd polisi iştirak edib. Prokurorluğa Azərbaycana necə aparılmağım barədə məlumat verməliyəm, mən yolun yarısını görmüşəm. Haradan oğurlandığımı göstərməliyəm. Gürcüstan prokurorluğuna çox da ümid bəsləmirəm.
Gürcüstan tərəfi bunu Azərbaycan tərəfi ilə birlikdə edib, o vaxtki baş nazir Georgi Kvirikaşvili də məlumatlandırılmışdı, bəlkə də, İvanişvili də bilirdi.
Fotoşəkil göstərsələr, mənə hücum edən şəxsləri tanıyaram”, deyə Muxtarlı bildirib.
Onun sözlərinə görə, o, 10-15 gün Gürcüstanda olacaq.
Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizlicə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə, sərhədçilərə qarşı güc tətbiq etməkdə ittiham olunub və 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2020-ci il martın 17-də azad edilib və dərhal Bakıdan Almaniyaya göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























