Daha bir məmur rüşvətə görə hakim qarşısına çıxarılır

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar Mikayılovun icraatındadır.
Qeyd edək ki, R.Pənahova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 311.3.2 ( təkrar rüşvətalma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvətalma) cinayət işi başlanıb.
Aparılan araşdırmalarla R.Pənahov həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əməkhaqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























