Dələduzluq edən “vəzifəli şəxs”in məhkəməsi başlayır

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Süleyman Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Samir Əliyevin icraatındadır.
Qeyd edək ki, Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























