“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”

"Rasim Quliyevin həbsi ilə hakimiyyət iki istiqamətdə addım atır. Birinci istiqamət korrupsiyaya qarşı mübarizə çərçivəsində atılan addımlardır. İkinci istiqamət isə siyasi məsələlərlə əlaqəlidir”.
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakının sabiq meri Hacıbala Abutalıbovun "sağ əli” sayılan sabiq aparat rəhbəri Rasim Quliyevin həbsinə mübasibət bildirərkən deyib. Onun fikrincə, bütün bunlar onunla bağlıdır ki, Azərbaycan tədricən Türkiyənin təsir dairəsinə daxil olur. Bu da tələb edir ki, Rusiyanın buradakı iqtisadi, siyasi, diplomatik dayaqları aradan qaldırılsın:
"Məsələn, Elmar Məmmədyarovun işdən çıxarılmasından tutmuş Müdafiə Nazirliyində həyata keçirilən təmizləmələrə qədər, eləcə də ayrı-ayrı korrupsionerlərə qarşı mübarizə həm də Rusiyanın buradakı təsir dairələrinə qarşı mübarizədir.
Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da "Kolya”dır. Rusiyada elmlər doktoru olub, dəlixanada yatıb və s. Oradan da Bakıya gəlib. Rusiyada doğulan, təhsil alan, tərbiyə olunan bir şəxsin Rusiyadan asanlıqla gəlib Azərbaycanın sədaqətli vətəndaşı olması inandırıcı görünmür. Odur ki, bu qəbildən olan, yəni Rusiyanın müəyyən dairələrilə mümkün əlaqələri olanlar iqtisadi, hərbi, diplomatik və digər sektorlardan təmizlənir. O qədər çox xain, satqın, xalqımızın və dövlətimizin əleyhinə işləyən insanlar dövlət hakimiyyətinə yerləşdirilib ki, hələ uzun müddət bu cür təmizləmələr aparmağa ehtiyac var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























