• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR özü və ailə üzvləri peyvənd olunmayan əməkdaşlarını işə buraxmayacaq - RƏSMİ

SOCAR özü və ailə üzvləri peyvənd olunmayan əməkdaşlarını işə buraxmayacaq - RƏSMİ
09.04.2021 11:52
"Ümumilikdə SOCAR üzrə qərar budur ki, işə çıxan bütün işçilər və ailə üzvləri peyvənd olunmalıdır. Kim peyvənd olunmasa o ya evdən işləyəcək, ya da ödənişli məzuniyyətə göndəriləcək".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, sözügedən qərar SOCAR-ın bütün əməkdaşlarına aiddir: "Məzuniyyətdə olanda əlbəttə ki, gəlir əldə edəcək. Lakin ödəniş maaşın 2/3 hissəsini təşkil edəcək. Məqsəd budur ki, şirkət tam olaraq normal iş rejiminə qayıtsın, peyvənd olunmayanlar isə digərləri üçün təhlükə mənbəyi olmasınlar. Buna görə şirkət təkidlə təşviq edir ki, hamı peyvənd olunsun. Amma burada işdən çıxarma məsələsi yoxdur. Eyni tələb baş ofisin qarşısına da qoyulub. Fərqi yoxdur əməkdaş dənizdə işləyir, quruda işləyir, ya ofisdə işləyir, rəhbərdir, ya fəhlədir. Bu hamıya aiddir.

Əməkdaşların ailə üzvlərinin də peyvənd olunması təşviq olunur. Dünən elan olunub ki, ailə üzvləri də, baş ofisdə və ya əməkdaşın işlədiyi yerdə gəlib peyvənd oluna bilərlər. Bunun üçün şərait yaradılıb. Ola bilsin ki, bəzilərinin yaşı ölkədə keçirilən vaksinasiya prosesinə görə müvafiq yaş həddinə uyğun gəlmir,amma bizdə yaşdan asılı olmayaraq hər kəsə peyvənd vurulur. Təbii ki, özü və ya ailə üzvlərindən hər hansı birində əks göstərici varsa və ya bu yaxınlarda koronavirusa yoluxubsa, bu istisnadır. Amma hər bir halda normal iş rejiminə qayıtmaq üçün peyvənd olunmaq şərtdir. Hazırda şirkətin işçiləri təşviq etmək üçün bəyan etdiyi qərar budur".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycanda vaksinasiya prosesi könüllülük əsasında aparılır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol