Daha bir toyun üstü açılıb

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində evdə toy mərasiminin təşkili faktı aşkalanıb. Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
"Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə məlumatda bildirilir. .
Qanun pozucuları ilə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























