• $
  • €
  • ₽
  • ₺
  • £

Buludu topa tutacağıq

Buludu topa tutacağıq
02.06.2014 15:26
Azərbaycanda doluya qarşı mübarizə aparmaq məqsədi ilə daha yeni və müasir texnologiyalardan istifadə olunacaq. Bunu ANS PRESS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometerelogiya Deportamenti, Hidrometerelogiya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rza Mahmudov deyib. Rza Mahmudov bildirib ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb və müvafiq dövlət orqanlarından rəylər alınıb:“Doluya qarşı mübarizə məsələləri həmişə diqqət mərkəzində olub. 90-cı illərin əvvələrinə qədər bizdə doluya qarşı mübarizə tədbirləri həyata keçirilib. Həmin dövrlərdə dolu düşən bölgələrimizdə dolu dağıdan toplardan istifadə olunurdu. Müharibə dövründə həmin toplar cəbhə bölgəsindəki hərbi hissələrə təhvil verildi. Bundan sonra biz texniki baxımından bu məsələləri yerinə yetirə bilmədik. Respublikamızda qəbul olunacaq Dövlət Proqramında bu məsələ qaldırılıb. Yəqin ki bu problem öz həllini tapacaq”.R. Mahmudov qeyd edib ki, müvafiq Nazirliklərdən, o cümlədən Milli Elmlər Akademiyasından Nazirlər Kabinetinə təkliflər göndərilib: “Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birlikdə fəaliyyəti nəticəsində bu məsələ həll edilə bilər”. Hidrometerelogiya Elmi-Tədqiqat İnstitutunun direktoru, professor, elmlər doktoru Rza Mahmudov bildirib ki, doluya qarşı mübarizə tədbirlərində köhnə toplardan istifadə olunmaya da bilər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol