• $
  • €
  • ₽
  • ₺
  • £

Bu, koronavirusa yoluxma riskini artırır

Bu, koronavirusa yoluxma riskini artırır
11.04.2021 13:20
Asqırma, burunda qıcıqlanma, bədəndə qaşınma, gözlərdə sulanma ilə özünü göstərən yaz allergiyasında tez-tez rast gəlinən burun qaşınması və sulanan gözlər koronavirusa yoluxma riskini artırır.


Gigiyena qaydalarına riayət etmədən əlləri ilə gözlərinə toxunan və burunlarını silmək üçün maskanı çıxaranlar virusa yoluxma riski ilə üzləşirlər.


Allergiya və ağciyər xəstəlikləri üzrə mütəxəssis, professor Sami Öztürk yaz allergiyası zamanı koronavirusa yoluxma ehtimalı ilə bağlı bir neçə mühüm məlumatları qeyd edib.


S.Öztürk bahar allergiyası olan insanların virusa yoluxma riskinin daha yüksək olduğuna diqqət çəkib:


"Bunun səbəbi bədəndə qaşınma, burun tutulması, göz sulanması və qaşınması, gözlərə əl ilə toxunma, maskanı tez-tez çıxarmaq və bu şəkildə gözlərə, buruna təmas etmək kimi faktorlardır. Bütün bunlar koronavirusa yoluxma təhlükəsini artırır".


Maska gün ərzində tez-tez dəyişdirilməlidir


Professor allergiyanın səbəb olduğu burunda qaşınma və göz sulanması, qıcıqlanma zamanı edilməsi lazım olan bir neçə tövsiyəni də qeyd edib: "Havada qıcıqlandırıcı tozcuqların çox olduğu səhər saatlarında və küləkli vaxtlarda çölə çıxmamalıyıq. Mütləq bayıra maska ​​ilə çıxmalı və günəş eynəyi taxmalıyıq. Bu tədbirləri görsək, allergik soyuqdəymə, göz qıcıqlanması və sulanması şikayətlərimiz azalacaq. Allergiyanın buruna və gözlərə qaşınma və sulanma ilə təsir göstərdiyi vaxtlarda əllərimizlə burun və gözlərimizə təmas etməməliyik. Mümkünsə əllərimizi yuyub dezinfeksiya edərək burun və göz nahiyələrimizə toxunmalıyıq. Bu cür insanlar üçün gün ərzində maskalarını tez-tez dəyişmək faydalıdır. Hər 3-4 saatdan bir maskanın ​​dəyişdirilməsi tövsiyə edilir".//Publika.az 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol